Azerbaijan International (jurnal)

Azerbaijan İnternational — Jurnalın hər nömrəsi incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərlə bağlı müəyyən bir mövzuya həsr edilmiş təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir, məsələn Reza Degati adlı jurnalistin Parisdən gizli yolla Azərbaycana girərək 1990-cı ilin yanvarında sovet qoşunlarının küçədəki mülki əhaliyə hücum etməsi ilə müşayiət olunan faciəli gecənin şəkillərini çəkib dünyaya çatdırmağa müvəffəq olması hekayəsi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search